Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 15:44
2021-ci ildə Ukraynaya hücum Rusiya üçün asan bir gediş olmayacaq, düşmən böyük itkilər verəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov deyib.
Nazir qeyd edib ki, Rusiya Ukraynanı asanlıqla ələ keçirəcəyinə ümid edə bilməz:
"Bu gün Azov alayından başlayaraq alt birləşmələrin qarşılıqlı təsirinə və silahlanmasına baxdıq. Həmçinin Daxili İşlər Nazirliyinin sahil xidmətlərinin işini müşahidə etdik, çünki Azov dənizinin sahili ölkəni idarə etmək və düşmən qoşunlarını dəf etmək baxımından bizim üçün prioritetdir.
Rus quduz köpəyinə cavab verməyə hazırıq. Bütün bölmələr onlara verilən tapşırıqları yerinə yetirməyə hazırdır".