Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola da Superliqaya qarşı çıxdı – qalmaqallı açıqlamalar

Qvardiola da Superliqaya qarşı çıxdı – qalmaqallı açıqlamalar

Tarix: 20 Aprel 2021 18:34

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Avropa Superliqası turnirinə qarşı çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, klubunun da təmsil olunduğu liqaya dəstək verməyib.

"Mübarizə və uğur arasında bir bağlılıq olmayanda idman idman olmur. Məğlubiyyət önəmli deyilsə, bu, idman deyil. Bir neçə dəfə mümkün olduğu qədər yaxşı bir yarış olmasını istəmişəm. Komandaların zirvədə qərarlaşıb seçmə mərhələlərə qatılmamasını ədalətli saymıram" - deyə o bildirib.

Qvardiola qeyd edib ki, klubunu dəstəkləyir, "Mançester Siti"nin bir parçası olmasından məmnundur: "Amma mənim də fikrim var. Mən rəhbərliyin xoşuna gəlməsə də, fikirlərimi söyləməkdən çəkinmərəm. Avropa Superliqasını təsis edən qurumun dünyanın dörd bir tərəfinə getməsini və onlara bu qərarı necə qəbul etdiklərini açıqlamalarını istərdim. Bu, dünya miqyaslı bu mövzudur. Onlar niyə bu komandaların Superliqaya cəlb edilməsini və digərlərinin orada niyə olmadığını hər kəsə izah etməlidirlər. Məsələn, Çempionlar Liqasını 4-5 dəfə qazanan "Ayaks" niyə orada yoxdur? Çıxıb bunu izah etsinlər..."

Milli.Az


Etiketlər:  Qvardiola da Superliqaya qarşı çıxdı qalmaqallı açıqlamalar


RƏYLƏR