Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 23:04
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğın lokallaşdırılıb.
FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.