Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orxan Əli Departament rəhbəri təyin olundu

Orxan Əli Departament rəhbəri təyin olundu

Tarix: 20 Oktyabr 2025 15:20

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni təyinat olub.

Mia.az-ın məlumatına əsasən, AQC rəhbəri Vüqar Orucun müvafiq əmri ilə tanınmış jurnalist Orxan Əli təşkilatın İcra Aparatının üzvü və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Orxan Əli 20 ildən çoxdur mətbuatda çalışır. "İki sahil" qəzeti, Modern.az saytlarında müxbir, Avtosfer.az saytında redaktor, Azpost.info saytında şef-redaktor olaraq çalışıb.

Eyni zamanda 2010-2012-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2012-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, 2014-2016-cı illərdə "Böyük İpək Yolu" təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan şəhidləri haqqında "Mübarizim" layihəsinin rəhbəridir.


Etiketlər:  Orxan Əli Departament rəhbəri təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ