Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 16:36
"Azərbaycanda aqroparkların yaradılması ölkəmizin ərzaq və iqtisadi təhlükəsizlik nöqteyi nəzərdən olduqca mühüm məsələdir".
Bunu Sonxeber.net-a açıqlaBunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, daxili bazarın genişlənməsi iqtisadi inkişafa bir təkan olacaq:
"Sözsüz ki, ölkənin daxili istehlak bazarında idxalın xüsusi çəkisinin son dərəcədə yüksək olması narahatlıq doğurmaya bilməz. Ona görə də bu proseslərə çox diqqətlə, ciddi yanaşmaq lazımdır. Amma eyni zamanda aqroparkların ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ölkə iqtisadiyyatına verəcəyi müsbət töhfələrlə yanaşı bu, yeni iş yerləri deməkdir. Yeni iş yerləri isə sosial məsələdir.
Yeni iş yerlərinin təmin edilməsi isə sözsüz ki, ölkə əhalisinin və xüsusi ilə qeyd etmək istəyirəm ki, regional ölçüdə tarazlı şəkildə proporsional olaraq işlə təmin olunması üçün olduqca mühümdür. Bu, sosial problemlərin həllində ölkəmizə çox müsbət təsir göstərə bilər və eyni zamanda bu yeni iş yerlərinin açılması alıcılıq qabiliyyətinin yüksəlməsi və daxili bazarın genişlənməsi deməkdir. Sözsüz ki, daxili bazarın genişlənməsi dedikdə unutmamalıyıq ki, bunun özü iqtisadi inkişafa bir təkandır. Ona görə də aqroparkların istifadəsinə çox ciddi ehtiyac var. Düşünürəm ki, bu istiqamətdə investisiyalar qabaqlayıcı şəkildə istiqamətlənməli, yerləşdirilməlidir".
E.Məmmədov deyib ki, idxal-ixrac məsələsinə mütləq şəkildə sistemli yanaşmalıyıq:
"Bir məqam da ondan ibarətdir ki, aqroparklar fəaliyyət göstərərkən maksimum şəkildə prosesin ölkə daxilində lokallaşdırılmasına şərait yaradılmalıdır. Çünkü biz Azərbaycanın da təcrübəsindən görürük, təəssüf ki, bir sıra hallarda hətta sənaye parkları yaradılanda belə hansısa məhsulların idxalından asılılıq çox olur və o idxal da ölkəyə yenidən iqtisadi problemlər yaşadır. Ona görə ki, idxal xaricdən ölkəyə məhsulların gətirilməsi deməkdir.
Belə olan halda isə sözsüz ki, ölkədən valyuta axınının sürətlənməsi baş verir və eyni zamanda iş yerlərinin açılması ilə bağlı problemlər olur. Çünki idxalın yüksək səviyyədə olması sənayenin daha zəif inkişafına və yeni iş yerlərinin açılması ilə bağlı da problemlərə səbəb olur. Ona görə mütləq şəkildə biz bu prosesə sistemli yanaşmalıyıq və bu gün dünya iqtisadiyyatında texnoloji nöqteyi nəzərdən aparıcı istiqamətlərə investisiyalar yerləşdirilməlidir ki, aqroparklarda istehsal prosesi maksimum şəkildə ölkə daxilində lokallaşdırılsın".
Təhməz Əsədov