Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 19:38
Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun yeni mutasiyası aşkarlanıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya bildirib.
"B.1.618 koronavirusun əsasən Hindistanda aşkarlanan və ayrı genetik dəsti ilə xarakterizə olunan yeni xəttidir", - deyə o, özünün "Twitter" hesabında yazıb.
Son zamanlar Qərbi Benqaliya ştatında koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Ştatda artan yoluxma dalğasına məhz yeni ştammın səbəb olduğuna dair hələlik sübutlar yoxdur. Mütəxəssisin sözlərinə görə, yeni mutasiya barədə hələ az məlumat toplanıb.