Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər görmə qabiliyyətini itirməyin qarşısını alan möcüzəni TAPDILAR...

Alimlər görmə qabiliyyətini itirməyin qarşısını alan möcüzəni TAPDILAR...

Tarix: 22 Aprel 2021 08:33

Londonun Universitet kollecinin və London İmperiya kollecinin alimləri belə qənaətə gəliblər ki, kurkumin piqmenti (Kurkumin, zərdəçal bitkisinin köklərindən əldə edilən, sarı-narıncı rəngli bir maddədir. Bizdə sarıkök kimi tanınır) qlaukomanın ilkin mərhələdə müalicəsi üçün səmərəli istifadə oluna bilər.

Sonxeber.net saqlamhəyat.az-a istinadən bildirir ki, tədqiqatçılar göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyib hazırlayıblar. Bunun üçün piqment olan nanohissəciklər yaradılıb. Bu, imkan verir ki, sarıkökdən göz damcılarında istifadə olunsun, atma həblərdə yox, çünki həbləri piqmentin çətin əriməsi səbəbindən böyük miqdarda qəbul etmək lazımdır, bu isə mədə-bağırsaqda zəhərlənmə yarada bilər.

Göstərilir ki, yeni metod sarıkökün ərimə qabiliyyətini 400 min dəfə artırır, piqmentin özü isə göz toxumalarında lokallaşır, qanla bütün bədənə yayılmır. Qlaukomadan əziyyət çəkən siçovula üç həftə ərzində damcı tətbiq edilib və nəticədə torlu qişanın degenerasiyasının sürətinin azalmasına səbəb olub. Bundan əlavə, alimlər heç bir arzuolunmaz kənar təsirləri qeyd etməyiblər.

Qlaukoma göz xəstəliyidir, gözün daxilində təzyiqi artırır, bu da sonucda görmə əsəblərinin atrofiyasına, görmə qabiliyyətinin aşağı düşməsinə, korluğa gətirib çıxarır.


Etiketlər:  Alimlər görmə qabiliyyətini itirməyin qarşısını alan möcüzəni TAPDILAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ