Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadlı fermerlər niyə subsidiya ala bilmirlər? - VİDEO

Cəlilabadlı fermerlər niyə subsidiya ala bilmirlər? - VİDEO

Tarix: 22 Aprel 2021 12:00

"Əkin sahələrimizə lazımi qulluq edə bilmirik, çünki dövlət tərəfindən ayrılan subsidiyanı vaxtında almırıq".

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, belə bir iddia ilə Cəlilabad rayonunun Bayxanlı kəndindən olan fermerlər çıxış edirlər.

İddia ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, Cəlilabad rayonundan olan fermerlərlə fərdi şəkildə əlaqə saxlanılıb.

V.Hüseynov deyib ki, Aqrar Kredit və İnkişaf Agentliyi  və Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökümətin tətbiqi şöbəsi tərəfindən həmin fermerlərə bəzi sənədlər və aparılan monitorinqin nəticələri ilə bağlı məlumat verilib. Fermerlərin adı ödəniş qrafikinə daxil edilib və onlara subsidiya veriləcək.

V.Hüseynov  qeyd edib ki,   2020-2021 -ci il payızlıq əkinlərə görə Elektron Kənd Təsərrüfatı sistemində elektron ərizəsi formalaşmış şəxslərin 92.06 faizinə artıq subsidiya ödənişi həyata keçirilib. Cəmi 7.94 faizi qalıbdır ki, onların da monitorinqlərinin nəticələri sistemə daxil olduqca ödənişləri həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Cəlilabadlı fermerlər niyə subsidiya ala bilmirlər VİDEO


RƏYLƏR