Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 12:35
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aşıq Əli Tapdıqoğlu olub.
Sonxeber.net xəbər verir ki, məşhur aşıq digər həmkarları kimi pandemiya dövründə maddi durumunun zəiflədiyini etiraf edib:
"Son zamanlar üzərimdə nə nəğd pul, nə də kart saxlayıram. Pandemiya mənə də təsir edib, kasıblamışam".
Sənətçi həmkarlarının Rusiyaya toya getməsinə də münasibət bildirib:
"Kim Moskvaya gedir özü bilər. Amma mən kafe aşığı deyiləm. Ora gedənlər çörək üçün gediblər. Mənim də pula ehtiyacım var. Amma... Ammaları qorumaq lazımdır".