Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 13:24
Hindistanda son bir gündə 295 041 nəfər koronavirusa yoluxub, 2000-dən çox insan ölüb.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, bu, pandemiya başlayandan bəri ölkədə qeydə alınan bir sutkada ən çox yoluxma və ölüm hadisəsidir.
Hindistan dünyada koronavirusa ən çox yoluxma aşkar edilən ikinci ölkədir: indiyə qədər 15,6 milyondan çox yoluxma qeydə alınıb. Pasiyentlərdən 13,2 milyonu sağalıb, 182 min nəfəri isə ölüb.
Ölkədə xəstəlik sayında artım 41-ci gündür ki, davam edir.