Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlikdən tozlu hava ilə bağlı açıqlama

Nazirlikdən tozlu hava ilə bağlı açıqlama

Tarix: 22 Aprel 2021 16:48

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq, bu gün lokal xarakter daşıyır.

Bu barədə Sonxeber.net-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.


Etiketlər:  Nazirlikdən tozlu hava ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ