Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoydu - FOTOlar

Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoydu - FOTOlar

Tarix: 22 Aprel 2021 18:00

Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq sürən qeyri sabit hava şəraiti nəticəsində əsən güclü külək Qax rayonunda ciddi fəsadlar törədib.

Belə ki, iri gövdəli ağaclar külək nəticəsində elektrik xətlərinin üzərinə aşıb və nəticədə rayonun Üzümlü, Qaratala, Zəyəm və Qındırğa kəndləri işıqsız qalıb.

ASC-nin Qax Elektrik Şəbəkəsinin işçi heyəti gücləndirilmiş iş rejimində işləyərək səhər saatlarında həmin kəndlərə elektrik enerjisinin verilməsini bərpa ediblər.

Hazırda qalan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Milli.Az


Etiketlər:  Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoydu FOTOlar


RƏYLƏR