Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 18:15
Müğənni Xuraman Şuşalı dəbdəbəli həyat tərzindən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Birə-bir" proqramında hicab taxmazdan əvvəl həyatının daha bahalı olduğunu söyləyib:
"Hicabdan əvvəlki vaxtlarımda dəbdəbəni çox sevirdim. Özümdən asılı deyildi. Çalışırdım dəbdəbəyə qaçım. Qarderobumda bir ayaqqabım var, ona 5500 manat vermişəm. O vaxt yaxşı qazanırdım, Rusiyada toylara gedirdim. Bakıda hər gün toyum olurdu. Hicab taxandan sonra isə israfı anladım. Düşündüm ki, gərək o pulu bir torpaq sahəsinə verərdim. İndi daha baha qiymətə satardım. Pulu hədər tökmək lazım deyilmiş.
Maşınım var idi, gedib kreditlə daha baha maşın aldım. 120 min manat kreditə girdim. Gecikmələrim oldu. İndi də həmin maşını sürürəm. Dostlarım deyir ki, dəyiş bunu. Pul yoxdur, nəylə dəyişim? İndi məni heç kim məcbur edə bilməz ki, kreditə maşın götürüm".