Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” Superliqada qalır - RƏSMİ

“Barselona” Superliqada qalır - RƏSMİ

Tarix: 22 Aprel 2021 22:42

İspaniyanın "Barselona" klubu Superliqada qaldığını təsdiq edən bəyanat yayıb.

Klubun direktorlar şurasının yaydığı sənəddə bildirilir ki, "Barselona" ​əksər böyük Avropa futbol klublarının struktur islahatlarına ehtiyacın olduğu barədə fikirlərini bölüşür.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məhz bu səbəbdən futbolsevərlərə təklif edilən, futbolun keyfiyyətini və cazibəsini artırmaq üçün hazırlanmış bir turnir olan Super Liqanın təsisçi üzvü olmaq təklifini qəbul edib.

Bəyanatda təsisçilərdən biri olaraq, bu layihənin tərkib hissəsi olmaq fürsətindən imtina etmənin tarixi bir səhv olacağı bildirilib və klubun Superliqadan ayrılmamaq qərarı təsdiq olunub.

Milli.Az


Etiketlər:  Barselona Superliqada qalır RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ