Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda tuneldə qəza baş verib, dövlət qurumunun əməkdaşı ölüb - VİDEO - FOTO

Bakıda tuneldə qəza baş verib, dövlət qurumunun əməkdaşı ölüb - VİDEO - FOTO

Tarix: 23 Aprel 2021 09:18

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsilə yol kənarında köüpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub. 

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan "İveco" markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Milli.Az


Etiketlər:  Bakıda tuneldə qəza baş verib dövlət qurumunun əməkdaşı ölüb VİDEO FOTO


RƏYLƏR