Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzov Mirələmov qalmaqalından yazdı

Siyavuş Novruzov Mirələmov qalmaqalından yazdı

Tarix: 23 Aprel 2021 16:38

Millət vəkili Siyavuş Novruzov keçmiş deputat Hüseynbala Mirələmov barəsində hansısa fikir səsləndirməsi barəsə sosial şəbəkədə yayılanları təkzib edib.

Milli.Az bu statusu təqdim edir.

Hörmətli səhifə izləyiciləri!
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, sosial şəbəkələrdə Hüseynbala Mirələmovun yayılmış videogörüntüləri ilə əlaqədar mənim adımdan hansısa "fikir"lər tirajlanır. İddia olunur ki, guya həmin sözlər mənə məxsusdur. Qətiyyətlə bildirirəm ki, mən bu məsələ ilə əlaqədar hansısa fikir və mövqe bildirməmişəm.

Bəzi facebook istifadəçilərinin bu cür saxtakar əməllərini ikrah hissi ilə qarşılayıram. Xatırladıram ki, belə hərəkətlər vasitəsilə barəmdə qıcıq yaradılmağa çalışılması ləyaqətsizlikdir və hüquqi məsuliyyət doğurur. Belə uydurma məlumatlar yayanlar, qarayaxma kampaniyası aparanlar çirkin əməllərinə davam edəcəkləri halda, qanun qarşısında cavab verəcəklər.
Bir daha sosial şəbəkə istifadəçilərini belə ləyaqətsizlərin və saxtakarların ucuz yalanlarına inanmamağa çağırıram.

Kamran
Milli.Az


Etiketlər:  Siyavuş Novruzov Mirələmov qalmaqalından yazdı


RƏYLƏR