Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 14:55
Bakı. Vüqar İmanov - Trend:
JARA 2019 beynəlxalq musiqi festivalının təşkilatçılarından biri, Rusiyanın əməkdar artisti Qriqori Leps layihənin yekunlarını şərh edib.
Q.Leps Trend-ə bildirib ki, festivalın uğuru Azərbaycanın qonaqpərvərliyi ilə əlaqədardır:
“Bakı mənim üçün gözəlliyin və müğənnilərə gözəl münasibətin etalonudur. Bu, yaradıcı insanlar üçün çox vacbidir. Əla təşkilatçılıq, xidmət, parlaq səhnə nömrələri, gözəl mətbəx, möhtəşəm tamaşaçılar və bir çox digər amillər festivalın gələcək inkişafını, onun daha geniş beynəlxalq miqyasını müəyyən edir”.
Qeyd edək ki, festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb. İkinci gündə, 90-cı illərin ulduzları çıxış edib, qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri təqdim edilib. Üçüncü "sıfır" hitlərin günü olub. Dördüncü gün Z-nəsilə həsr olunub. Z nəsil - dünyada 1995-2012-ci illərdə anadan olmuş bir nəsil üçün istifadə olunan bir termindir.
Konsert proqramında Emin Ağalarov, Qriqori Leps, Loboda, Jiqan, Mari Kraymbreri, Molly, Alexander Panayotov, HammAli & Navai, Cygo, Rauf & Faik, Zomb, Nyuşa, Slava, Lyubov Uspenskaya, Rasa, Elvin Grey, Ellai, Aysel Məmmədova, MOT, Nazima, Ternovoy, Asammuell, Babək Məmmədrzayev, Səmra Rəhimli, Doni, Fika, İsaya, Evqeniy Mayer, Serebro, Tereza, Velvet, Klava Koka, MBand, Mişa Marvin, Julia Kovalçuk, Jony, Elman, Andro, Natan, Gemini, Alessandro Safina, Cosmos Qızlar, Anna Sedokova, Timur Rodriguez, Timati iştirak edib. Gecənin aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub.
Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin