Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb - Xəbərdarlıq - VİDEO

Elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb - Xəbərdarlıq - VİDEO

Tarix: 24 Aprel 2021 14:52

Son vaxtlar elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb. Azərbaycan Banklar Assosiasiyasından bu barədə açıqlama verilib.

Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, Assosiasiyadan bildirilib ki, son dövrlər, xüsusilə pandemiya zamanı nağdsız ödənişlərə tələbat artıdığından bu cür fırıldaqçıların da sayı artıb.

Fırıldaqçılar müxtəlif vasitələrlə kart istifadəçisinin ödəniş kartı məlumatlarını əldə edir və kartdakı vəsaitləri götürürlər.

Azərbaycan Banklar Assosiasiyasının əməkdaşı İlqar Əliyev deyib ki, fırıldaqçılar əksər vaxt bu məlumatları bank adından almağa çalışır. Halbuki bankda istifadəçinin ödəniş kartı barədə məlumatlar var və bank heç vaxt istifadəçidən belə məlumatları istəmir.

İlqar Əliyevin sözlərinə görə, elektron ticarət üçün kartın üzərindəki 16 rəqəmli kod kifayət edir ki, belə ödənişləri həyata keçirəsən. Ancaq digər məlumatların məxfi saxlanması mütləqdir.

Belə fırıldaqçılıq halalrı baş verdikdə isə banka müraciət edilməli və bank həmin kartın istifadəsini məhdudlaşdırmalı və ya bloklamalıdır.

Sonxeber.net mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb Xəbərdarlıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ