Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pandemiya və müharibə məni dəyişdi''

''Pandemiya və müharibə məni dəyişdi''

Tarix: 24 Aprel 2021 17:15

Müğənni Roza Zərgərli açıqlamasında həmkarı Rəqsanə İsmayılovanın Moskvaya üz tutan ifaçılar haqda dediklərinə münasibət bildirib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, R.Zərgərli Rəqsanənin haqlı olduğunu söyləyib:

"Amma belə ictimailəşdirməməli idi. Çağırıb deyəydi ki, belə etməyin, siz gedəcəksiniz biz burda qalacağıq. Lakin nə olsa da, öz millətimizdir. Ümumiyyətlə, müharibədən sonra bir az dəyişmişəm. Artıq ətini yeyəndə sümüyünü atmıram. Artıq kimləsə dalaşası deyiləm. Pandemiya və müharibə məni dəyişdi".

Xatırladaq ki, Rəqsanə Rusiyada toya gedən xanım ifaçıları "Toydan sonra evinizə gedin. Gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər" - deyərək sərt tənqid etmişdi.


Etiketlər:  Pandemiya müharibə məni dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ