Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki... - Mİ-6

Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki... - Mİ-6

Tarix: 25 Aprel 2021 13:40

Əlaqə kanalları açıq olduğu üçün Böyük Britaniya və ABŞ öz mövqelərini Rusiya rəsmilərinə çatdırmaq imkanlarına sahibdirlər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Britaniya Mİ-6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.

"Rusların heç bir şübhəsi yoxdur ki, Rusiya qoşunlarının Ukrayna sərhədinə yığılması məsələsində Britaniyanın, Bayden administrasiyasının mövqeyi necədir. Çünki əlaqə kanalları açıqdır. Böyük Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki, Ukrayna ərazisinə soxulacağı təqdirdə onu ciddi nəticələr gözləyəcək", - Mur bildirib.


Etiketlər:  Britaniya ABŞ Rusiyaya xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ