Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2021 18:52
Son 24 saat ərzində Nigeriyanın cənub-şərqində icmalararası qarşıdurmalarda ən az 17 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 24 apreldə silahlı pastoralist qruplar Benue əyalətinin Quma bölgəsindəki üç kəndə hücum edib və qarşıdurmalarda 17 nəfər öldürülüb.
Benue əyalətindəki pastoralistlər və fermerlər arasındakı qarşıdurma, torpağa və su qaynaqlarına sahib olmaqla bağlı başlayıb. Bu mübahisələr getdikcə şiddətlənir və silahlı toqquşmalara çevrilir.