Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin müşaviri ittiham olundu - Lukaşenkoya qarşı sui-qəsd cəhdində

Baydenin müşaviri ittiham olundu - Lukaşenkoya qarşı sui-qəsd cəhdində

Tarix: 26 Aprel 2021 09:54

Belarusda dövlət çevrilişi və respublikanın prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenterin əli var.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Belarusun ONT dövlət telekanalı yayıb.

Telekanal bunların hamısının həqiqətən tam ciddi olduğunu və Birləşmiş Ştatların iştirakı olmadan başa gəlmədiyini bildirib.

"Dövlət Departamenti təmkinlə də olsa reaksiya verdi: "Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etməsi barədə hər hansı bir ehtimal tamamilə yalnışdır". O zaman sizə rəsmi Vaşinqtonun həqiqəti harada axtarmalı olduğunu söyləyəcəyik - Vaşinqtonun özündə Baydenin müşaviri Maykl Karpenter istəsə, sizə söyləyəcək", - ONT-nin süjetində deyilir.

Bundan başqa, telekanal söz verib ki, gələn həftə daha çox təfərrüatı açıqlayacaq.

ONT həmçinin Lukaşenkoya qarşı sui-qəsdin iştirakçıların etiraflarını da nümayiş etdirib.


Etiketlər:  Baydenin müşaviri ittiham olundu Lukaşenkoya qarşı qəsd cəhdində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ