Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 11:00
2021-ci ildə böyüklər üçün nəzərdə tutulan filmlərin bir neçə ulduzu siyasi ambisiyalarını elan edib. Siyasətçilərin ikiüzlülüyündən bezdiklərini bildirən pornoulduzların ideyaları paradoksal səslənsə də, ilk təəssürat odur ki, siyasi mübarizəyə populizm və özünü reakam xatirinə qoşulmaq istəmirlər.
Sonxeber.net qərb mediasına istinadən bu ulduzlardan bəzilərini təqdim edir. 42 yaşlı pornoaktyor və mavi olduğunu gizlətməyən Xuan Melesio şəhər şurası seçkilərində iştirak etmək niyyətini açıqlayıb. Hazırda o, dünyanın ən populyar 25 mavi pornoulduzu sırasındadır.
Onun ardınca başqa bir pornoulduz Meri Keri də siyasi ambisiyalarını ortaya qoyub. Vaxtilə Kaliforniyada qubernator seçkilərində Arnold Şvarsnegerə uduzub. İndi yenə də bu ambisiyasını ortaya qoyub. Başqa bir ulduz Stormi Deniels isə Kim Kardaşyanın ögey anası, transgender Ketlin Cennerə rəqib olacaq. 12 il ərzində 11 filmdə çəkilən aktrisa "mən bu dəfə passiv olmaq istəmirəm. Üstdə olacağam" deyib. Başqa bir pornoulduz Çerri Devil isə son prezident seçkilərində namizədliyini ortaya qoymuşdu. Almaniyadan olan pornoulduz 43 yaşlı Filipp Tanzer isə Şotlanidayan deputat olmaq istəyir. Dünya şöhrətli pornoulduz Çiççolino də siyasətə baş vurur. 68 yaşlı porno nəhəngi parlamentə düşmək istəyir. Onun ardınca fransız pornoulduz Ester Koyman da deputat olmağa hazırlaşır. Bu siyahını xeyli uzatmaq olar.
Kamran