Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin maaşı iki dəfə artırıldı - RƏSMİ

Bu şəxslərin maaşı iki dəfə artırıldı - RƏSMİ

Tarix: 27 Aprel 2021 12:56

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir.

Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Etiketlər:  şəxslərin maaşı dəfə artırıldı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ