Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 min ailənin yol və sənədsiz ev problemi

16 min ailənin yol və sənədsiz ev problemi

Tarix: 27 Aprel 2021 14:24

Gəncə şəhərinin sonradan salınan, 16 min ailənin yaşadığı Məhsəti qəsəbəsi şəhərin əsas yaşayış massivlərindən biridir. Yaşayış massivi 1990-cı illərin əvvəllərində salınmağa başlayıb və bu müddət ərzində tədricən qaz, işıq, su və rabitə xətti kimi vacib infrastruktur məsələləri həllini tapıb. Bu gün yaşayış massivində ən ciddi problem yolların yararsız vəziyyətdə olmasıdır. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yol problemi ilə yanaşı, yeni salınan qəsəbələrin digər problemi isə tikililərin sənədsiz olmasıdır. Məhsəti qəsəbəsində inşa edilən yaşayış evlərinin əksəriyyətinin rəsmi sənədi yoxdur. 

Bildirək ki, bu gün Gəncə şəhərində sonradan salınan səkkiz iri qəsəbə var ki, bu qəsəbələrdə orta hesabla, 70 mindən çox insan yaşayır. 

Qeyd edək ki, ölkənin ikinci böyük şəhərinin ən iri qəsəbələrində vaxtilə Gəncə ətrafı rayonlarda yaşamış sakinlər məskunlaşıb. Hazırda Gəncəyə yaxın rayonlardan bu qəsəbələrə yaşamaq üçün gələnlərin sayı durmadan artır.


Etiketlər:  ailənin sənədsiz problemi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ