Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Tarix: 27 Aprel 2021 14:40

İrandan Azərbaycana yük avtomobillərində 4400 ədəd siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Scania" və "Mercedes Benz " markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb.

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4400 ədəd üzərində "Manchester" yazısı olan siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ