Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müsəlman qəbiristanlığına hücum: 10 məzar daşı dağıdıldı

Müsəlman qəbiristanlığına hücum: 10 məzar daşı dağıdıldı

Tarix: 27 Aprel 2021 18:30

İsveçin Malmö şəhərinin Rosenqard bölgəsində müsəlman qəbiristanlığında 10 məzar daşı məhv edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, polis hadisə ilə əlaqədar istintaq başladıb.

İsveçdəki Fərqli Rənglər Partiyasının rəhbəri Mikayıl Yüksəl son vaxtlar İsveçdə müsəlmanlara qarşı hücum hadisələrinin artdığını deyib:

"Müsəlmanlar Avropa və İsveçdə ən çox zərər görən qrup olmalarına baxmayaraq, nə iqtidar, nə də siyasi partiyaların məsələ ilə bağlı hər hansı bir addım atdığını görürük", - Yüksəl bildirib.


Etiketlər:  Müsəlman qəbiristanlığına hücum məzar daşı dağıdıldı


RƏYLƏR