Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil olub

ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil olub

Tarix: 27 Aprel 2021 21:22

ABŞ-ın Hamilton Sahil Mühafizəsinin kateri "NATO üzrə müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq məqsədilə" Qara dənizə daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanması məlumat yayıb.

"Hamilton Sahil Mühafizəsinin kateri NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq üçün 27 aprel tarixində Qara dənizə daxil oldu", - məlumatda belə deyilir.

Silahlı Qüvvələrin bu növ kateri sonuncu dəfə Qara dəniz ərazisinə 2008-ci ildə daxil olmuşdu.

Milli.Az


Etiketlər:  ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ