Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 11:18
"Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub".
Sonxeber.net xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlqələr sektorunun müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.