Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İl boyu şıllaq atıb, qeybət qırıb, birdən ciddi olurlar" - Aparıcılar tənqid olundu

Tarix: 28 Aprel 2021 16:45

"Aparıcının profili deyilsə, nə vacibdir ildə 4-5 dəfə, xüsusi günlərdə üzərinə ictimai, siyasi, elmi mövzuları yük edirsiniz. Qalır çabalaya-çabalaya. Universallar azdır".

Mİlli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Murad Arif aparıcıların ünvanına deyib. Sənətçi efirdə bir çoxlarının onlara uyğun olmayan mövzular müzakirə etməsindən danışıb:

"İl boyu şıllaq atıb, qeybət qırıb, birdən ciddi ola bilmək, həm efir üçün qeyri-peşəkarlıqdır, həm də hər aparıcının qabı üçün deyil. Hər hansı hadisəni, insanı xatırlamaq lazımdırsa, təzə veriliş, film çək, həmin gün ver, borcundan çıx!

Daha dovğa bulaya-bulaya "Bu gün filan akademikdən danışacayıq" nədir də?".

Milli.Az


Etiketlər:  İl boyu şıllaq atıb qeybət qırıb birdən ciddi olurlar Aparıcılar tənqid olundu


RƏYLƏR