Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 17:15
Xalq artisti Röya Ayxan Arb Tv-nin "Səhər-səhər " verlişində qonaq olarkən unikal bir vərdişini açıqlayıb.
Sonxeber.net sherg.az-a istinadən xəbər verir ki, müğənni studiyada mahnılarını dikdaban ayaqqabıda ifa etdiyini söyləyib:
"Altı düz ayaqqabıda oxuya bilmirəm. Düzü ayaqlarım çox problemlidir. Otuz səkkiz nömrədir, 40 da ola bilir. Mən Hüseynə hamilə olanda konsert verirdim. Onun üçün hər ay xüsusi ayaqqabı tikirdilər.
Sonuncu gün ayaqqabı olmadı, mən də ayaqyalın çıxdım. O şişkinlik ömürboyu məndə qalacaq. Ayaqqabımı ayağımdan çıxardanda çığırtım hər yanı götürtür.
Sonra soyuq su dolu vannaya qoyuram. Ona görə deyirlər, nə vacibdir?
Səhnədə deyilsən axı. İnanın sport ayaqqabı ilə gəzirəm, amma dikdaban maşında olur. Geyinib mahnını oxuyuram. Çünki mən canlı ifa üçün belə olmayılam ki, konsertdə də onu hiss edim".