Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 21:16
ABŞ-ın Corciya ştatında son iki həftə ərzində tələbatın nəzərəçarpacaq azalması səbəbindən mayın 21-dək doqquz dövlət kütləvi vaksinasiya mərkəzi bağlanacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ştatın rəsmi şəxsləri bildiriblər.
"Bütün ştat ərazisində COVID-19 əleyhinə vaksinin çatdırılması və əlçatanlığı kəskin artdığı üçün sakinlər preparatı rahatlıqla yerli apteklərdə, ərzaq mağazalarında və ya həkim kabinetlərində əldə edə bilirlər", - deyə Corciya ştatının fövqəladə vəziyyətlər və milli təhlükəsizlik üzrə direktoru Kris Stollinqs bildirib.
Onun sözlərinə görə, Corciyada 3 milyon 500 mindən çox insan koronavirus əleyhinə vaksinin azı bir dozasını vurdurub ki, bu da əhalinin 34 faizinə bərabərdir. Ştatda tam vaksinasiyadan keçənlərin sayı isə 2 milyon 400 mini ötüb və ya əhalinin 23 faizini təşkil edir.
Qeyd edək ki, xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərin məlumatına əsasən, ABŞ-da əhalinin 42,5 faizi COVID-19 əleyhinə vaksinin ən az bir dozasını əldə edib. Eyni zamanda, amerikalıların 28,9 faizinin tam vaksinasiya olunduğu bildirilir.