Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələdən qurtulmaq üçün ''uçan'' evlər

Zəlzələdən qurtulmaq üçün ''uçan'' evlər

Tarix: 28 Aprel 2021 22:04

Yaponiyanın "Air Danshin Systems" dizayn şirkətinin mütəxəssisləri təbii fəlakətlərin, o cümlədən zəlzələlərin nəticələrinin qarşısını almaq üçün "uçan" evlərin layihəsini təqdim ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yapon ixtiraçıları bütün binanı yerdən qaldıran xüsusi hava yastıqlarını tətbiq etməyə müvəffəq olublar. Belə ki, bina ilə təməl arasında hava yastığı, seysmik sensorlar və təzyiq kompressoru yerləşir.

Yer qabığında baş verən ən kiçik titrəyişlər zamanı belə, təhlükəsizlik sistemi işə salınır və bir neçə saniyə içində yastıq hava ilə dolaraq evi yerdən yuxarı qaldırır.


Etiketlər:  Zəlzələdən qurtulmaq üçün uçan evlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ