Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 12:52
İrəvanda Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin abidəsinin yandırılması mətbuatda və sosial şəbəkələrin erməni seqmentində ciddi rezonans doğurub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur hind siyasətçinin keçən il ucaldılmış abidəsi bir vaxtlar rəsmi Yeni Dehliyə qarşı dostluq jesti kimi qəbul edilirdi. Ermənistanın Hindistanla kifayət qədər yaxşı münasibətləri var, belə ki, İrəvan Kəşmir ətrafında Pakistanla münaqişədə Hindistanın mövqeyini dəstəkləyir.
İrəvan meriyası hadisəni qınayaraq bunu vandalizm adlandırıb. Bələdiyyə sədrinin mətbuat katibi Hakob Karapetyan agentliyə verdiyi müsahibədə hadisəni törədənlərin tapılaraq mühakimə edilməli olduğunu bildirib.
"Vəziyyət bizim üçün son dərəcə xoşagəlməzdir, bizə hörmət qazandırmır. Təəssüf ki, bu, İrəvanda baş verən ilk belə hadisə deyil. Buna ciddi qiymət vermək lazımdır. Paytaxtda yüzlərlə abidə var və hər birini qorumaq üçün hər hansı bir xüsusi tədbir görmək fiziki cəhətdən mümkün deyil",- deyə Karapetyan qeyd edib.
Abidə ilə bağlı yaşanmış insident qondarma erməni soyqırımın 106-cı "ildönümü"nə təsadüf edib. Belə ki, 24 apreldə Hindistanın Ermənistandakı səfirliynin tvitter səhifəsində "erməni soyqırımı" ilə bağlı paylaşım edilsə də, bir neçə saat sonra paylaşımdan "soyqırımı" ifadəsi silinib.
Qandi abidəsinə qarşı vandalizm aktı isə bundan bir neçə gün sonra törədilib. 28 aprel axşamı bir sıra erməni teleqram kanallarında heykəlin alov içində yandığını göstərən fotoşəkillər yayımlanıb. Bundan iki gün əvvəl isə abidə naməlum şəxslər tərəfindən yumurta atəşinə tutulmuşdu.
Sözügedən vandalizm aktına çağırışların sosial mediada "Alternativ meriya" hərəkatının üzvü Sona Aqekyan tərəfindən edildiyi ehtimal olunur.