Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 17:28
"Çelsi" "İnter"in hücumçusu Romelu Lukakunu transfer etməkdə israrlıdır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı hücumçunun komandaya qayıtmasında ciddi şəkildə maraqlıdır. Klubun bu transfer üçün təxminən 100 milyon avro ayırmağa hazır olduğu bildirilib.
"İnter" rəhbərliyinin növbəti mövsüm üçün liderlərini komandada saxlamağı planlaşdırdığı, ancaq koronavirus pandemiyasının səbəb olduğu çətin maddi vəziyyətin onları bu yay hücumçunu satmağa məcbur edə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Lukaku 2019-cu ilin avqustundan A seriyası təmsilçisində oynayır. Belçikalı futbolçu bu mövsüm 40 oyunda 27 qol vurub və 8 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər davam edir.
Xatırladaq ki, Lukaku 2011-2014-cü illərdə "Çelsi"də oynayıb.