Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 17:36
Azərbaycanlı şahmatçı Aydın Süleymanlı Çernoqoriyanın Niksiç şəhərində keçirilən "Niksiç Memorialı" beynəlxalq turnirinin 8-ci turunda yerli şahmatçı Luka Draskoviçi məğlub edərək son qrossmeyster balını əldə edib.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 16 yaşlı Aydının, ELO reytinqi 2500-də çox olduğundan indi ona yalnız FIDE-nin növbəti konransını gözləmək qalır. Belə ki, Ali şahmat qurumunun növbəti konfransında Aydın Süleymanlıya rəsmi olaraq qrossmeyster titulu veriləcək.
Qeyd edək ki, Aydın Süleymanlı Azərbaycanın ümumilikdə 27-ci, aktiv şahmatçılar arasında isə 22-ci qrossmeysteri oldu.