Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əkiz olacağını gözləyirdi - Nəhəng uşaq dünyaya gətirdi - FOTO

Əkiz olacağını gözləyirdi - Nəhəng uşaq dünyaya gətirdi - FOTO

Tarix: 29 Aprel 2021 19:18

Britaniyanın Aston şəhərindən olan 21 yaşlı Ember Kamberlend 2020-ci ilin payızında hamilə qalıb. Aprel ayında isə onun qarnı o dərəcədə böyüyüb ki, həkimlər əkiz olacağını düşünüblər. Lakin o, əkiz yox, 5,8 kiloqram çəkisi olan nəhəng bir qız uşağı dünyaya gətirib.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Maraqlıdır ki, USM zamanı cəmi bir uşaq görünsə də, həkimlər əkiz uşaqların doğulacağına əmin olublar. Onların əminliklə etdikləri bu iddiadan sonra valideynlər də ananın qarnıda "gizlənmiş" ikinci uşağın varlığına inanıblar.

Lakin aprelin 16-da dünyaya gələn qız uşağı hər kəsi təəccübləndirib.

5,8 kiloqram çəkisi olan körpəyə Emilya adı verilib.

[Əkiz olacağını gözləyirdi - Nəhəng uşaq dünyaya gətirdi - FOTO] Bu uşaq Böyük Britaniyanın ikinci ən ağır körpəsidir. 2012-ci ildə burada 6,4 kilo çəkisi olan qız uşağı dünyaya gəlib.

"Emilyanın tək olduğuna sevinirik. O, tamamilə sağlamdır," - deyə xoşbəxt valideynlər təəssüratlarını bölüşüblər.


Etiketlər:  Əkiz olacağını gözləyirdi Nəhəng uşaq dünyaya gətirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ