Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” tədarükçüsünün zavodunda güclü yanğın olub

“Apple” tədarükçüsünün zavodunda güclü yanğın olub

Tarix: 29 Aprel 2021 23:56

Çinin Şanxay şəhəri yaxınlığında "Apple" şirkətinin tədarükçüsü qismində çıxış edən Tayvanın "Casetek Group" elektronika istehsalçısının zavodunda baş verən yanğın səkkiz nəfərin, o cümlədən iki yanğınsöndürənin həyatına son qoyub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Tszinşan rayonu hökumətinin insidentlə bağlı yaydığı bəyanata görə, zavodda yanğın cümə axşamı saat 13:30-da başlayıb və cümə günü səhərədək davam edib. Güclü yanğınla mübarizəyə 900 yanğınsöndürən, 123 yanğınsöndürən maşın və 8 robot cəlb edilib. Rəsmi şəxslər tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır.

"Casetek Group" istehsalçısı "MacBook" istehsal xətti və "iPad" planşetləri üçün korpus istehsalçısı kimi tanınan "Pegatron" şirkətinə məxsusdur. Yanğının təchizat zəncirinə nə dərəcədə təsir göstərdiyi öyrəniləcək.


Etiketlər:  Apple tədarükçüsünün zavodunda güclü yanğın olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ