Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“CES 2022” elektronika sərgisi pandemiyanın başlanğıcından bəri ilk dəfə oflayn formatda keçiriləcək

“CES 2022” elektronika sərgisi pandemiyanın başlanğıcından bəri ilk dəfə oflayn formatda keçiriləcək

Tarix: 30 Aprel 2021 09:30

“CES 2020” elektronika sərgisi koronavirus pandemiyasının yayılmasından əvvəl ənənəvi oflayn formatda keçirilmişdi. 2021-ci ildə isə sözügedən sərgi onlayn formatda keçirilib. Amma gələn il “CES” sərgisi pandemiyanın başlanğıcından bəri ilk dəfə ənənəvi formatda keçiriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, İstehlak Texnologiyaları Assosiasiyası bu məlumatı təsdiq edərək bildirib ki, “CES” elektronika sərgisi 5 yanvar 2022-ci il tarixində Las-Veqasda oflayn formatda keçiriləcək. “WSJ” nəşri yazır ki, sərginin təşkilatçıları bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması məsələsinə ciddi yanaşmaq niyyətindədir.

 

Hazırda ən azı min şirkətin (həmçinin “Amazon” və “Sony”) “CES 2022”də iştirak edəcəyi məlumdur.

 

Emil Hüseynov




Etiketlər:  CES 2022 elektronika sərgisi pandemiyanın başlanğıcından bəri ilk dəfə oflayn formatda keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ