Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Qandini ''qovmaq'' istəyir

Ermənilər Qandini ''qovmaq'' istəyir

Tarix: 30 Aprel 2021 13:50

Mahatma Qandinin İrəvandakı heykəli təhqir olunub, ermənilər heykəlin götürülməsini tələb edirlər

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin Ermənistanın paytaxtı İrəvanda qoyulmuş heykəli təhqir olunub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl heykəl yumurta atəşinə tutulub, M. Qandinin adı yazılmış lövhə sökülüb. Bunun ardınca isə heykəl yandırılıb.

Hadisəni törədənlər hələlik müəyyənləşdirilməyib, saxlanılan yoxdur.

Bunun ardınca isə erməni sosial şəbəkələrində heykəlin tamamilə götürülməsi tələbi ilə çıxışlar artıb.

"İnterfaks" xəbər verir ki, "İrəvanın alternativ meriyası" İctimai Birliyi heykəlin fotosunu "Facebook" səhifəsində yerləşdirərək, heykəlin sökülməli olduğuna dair çağırış edib.  

"Qandi ermənilərə nifrət edənlərdən və Atatürkün müttəfiqlərindən olub. Biz heykəlin sökülməsi üçün mübarizə aparacağıq. İrəvanda ona yer yoxdur", - deyə təşkilat qeyd edib.

Məlumatda bildirilir ki, M. Qandinin heykəli İrəvan meriyasının qərarı ilə bir neçə gün əvvəl qoyulub. Heykəl qoyulandan sonra hücuma məruz qalıb.

Erməni millətçilərinin M. Qandini sevməmələrinin əsas səbəblərindən birinin də Hindistan liderinin qondarma "erməni soyqırımı"nın baş verməsi faktını inkar etməsi olduğu bildirilir.

Qeyd edək ki, M. Qandi Hindistan və hind xalqı üçün misilsiz dəyərdir. Hindistan azadlıq hərəkatı məhz onun adı ilə bağlıdır. O, hərəkatın həm siyasi, həm də dini lideri olub.

Ermənilərin M. Qandiyə bu cür faşist münasibəti bütünlükdə hind xalqına qarşı yönəlib. Ermənilər M. Qandinin İrəvandakı heykəlinə qarşı təhqiramiz hərəkətlərə yol verməklə, bütün Hindistanı və hind xalqını təhqir etmiş sayılırlar.


Etiketlər:  Ermənilər Qandini qovmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ