Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 18:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozunun ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.
AQTA-dan Sonxeber.net-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.