Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 18:40
"Vətəndaş yaşadığı ərazi üzrə səhiyyə müəssisəsinə yaxınlaşaraq ailə həkimi ilə tanış ola bilər. Həmçinin həmin ailə həkimini istəmirsə, o digər həkimlə əvəzlənə bilər".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva danışıb.
O qeyd edib ki, ailə həkiminin dəyişdirilməsi üçün vətəndaş ərizə ilə müaraciət etməlidir: "Bununla bağlı tibb müəssisəsi 2 iş günü ərzində vətəndaşa bildiriş təqdim edəcək. Orada yeni ailə həkiminin adı, soyadı, tibb müəsisəsi ilə bağlı məlumat qeyd ediləcək".
N. Hacıyeva həmçinin bir ailə həkiminə nə qədər vətəndaşın təhkim olunduğunu da açıqlanıb. Onun sözlərinə görə, şəhər əhalisi üzrə 18 yaşına qədər 800 uşaq bir sahə həkiminə təhkim olunub. 18 yaşdan yuxarı şəxslərdə isə bu rəqəm 1800 nəfərdir.