Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 08:18
Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn şahmat seriyasının "New In Chess Classic" turnirində finalçılar müəyyənləşib.
Sonxeber.net xəbər verir ki, yarımfinalın birinci matçında amerikalı Hikaru Nakamuraya məğlub olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov cavab qarşılaşmasında rəqibini üstələyib. Hesab bərabərləşdiyindən idmançılar tay-brekdə mübarizə aparmalı olublar. Tay-brekdə amerikalı Hikaru Nakamuraya 1:2 hesabla uduzan Ş.Məmmədyarov finala çıxa bilməyib.
Şahmatçımız üçüncü yer uğrunda Ermənistan şahmatçısı Levon Aronyanla mübarizə aparacaq. H.Nakamuranın həlledici mərhələdə rəqibi isə L.Aronyanı yarımfinalda məğlub edən Maqnus Karlsen olacaq.
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan "New In Chess Classic" turniri mayın 2-dək davam edəcək.
"Champions Chess Tour" onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.