Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ay 14 gün qeyri-iş günü olacaq

Bu ay 14 gün qeyri-iş günü olacaq

Tarix: 1 May 2021 10:28

Mayda 14 gün qeyri-iş günü olacaq. 

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. 

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir. 

5 günlük iş həftəsində çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla may ayında bayramlarla əlaqədar 14 gün iş olmayacaq.

Milli.Az


Etiketlər:  Bu ay 14 gün qeyri günü olacaq


RƏYLƏR