Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda hərbi məntəqəyə hücum olub, 30 əsgər itkin düşüb

Əfqanıstanda hərbi məntəqəyə hücum olub, 30 əsgər itkin düşüb

Tarix: 1 May 2021 16:54

Əfqanıstanın Qəzni vilayətində "Taliban"ın hərbi məntəqəyə hücumu nəticəsində əsgərlər itkin düşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə vilayət məclisinin üzvü Xaliqdad Əkbəri deyib.

Onun sözlərinə görə, aprelin 30-u gecə saatlarında "Taliban" yaraqlıları hərbi məntəqəyə hücum edib, saatlarla davam edən atışmadan sonra hərbi məntəqə yaraqlıların nəzarətinə keçib.

Qəznidəki mənbə bildirib ki, atışmadan sonra ən azı 30 əsgər itkin düşüb.

"Taliban" hücumla bağlı açıqlama verməyib.


Etiketlər:  Əfqanıstanda hərbi məntəqəyə hücum olub əsgər itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ