Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 17:16
Fransalı həkimlər bildiriblər ki, koronavirus qalxanvari vəzin müxtəlif xəstəliklərinin inkişafına təkan verə bilər.
"İzvestiya" nəşrinin məlumatına görə, bunu ölkədəki "CHU-Larrey" hospitalının həkimləri tərəfindən aparılmış araşdırma üzə çıxarıb.
Araşdırmaçılar bildiriblər ki, COVID-19-un fəsadı kimi meydana gələn qalxanvari vəzin xəstəlikləri həm autoimmun, həm də soyuqdəymə xarakterli ola bilər.
Bununla yanaşı, həkimlər koronavirusun mədəaltı vəzi və hipofiz vəzisi xəstəliklərinə də gətirib çıxarma ehtimallarını qeyd ediblər.