Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar” - Korotçenko

“Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar” - Korotçenko

Tarix: 1 May 2021 19:24

"Ağdamda elə bir hiss yaranır ki, sanki burada atom bombası partlayıb. Dağıdılmış Ağdam məhv edilmiş Xirosima və Naqasakini xatırladır".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin Ağdama səfəri zamanı bildirib.

"Ermənilər burada Azərbaycan xalqına qarşı nifrət bombasını partladıblar. Dağıntıların miqyası insanı sarsıdır. Yəqin ki, yer üzündə vandalizmin, nifrətin və düşmənçiliyin miqyasının bu qədər aşkar şəkildə göründüyü başqa bir yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi liderləri buna görə hərbi tribunalda cavab verməlidirlər. Bunu bağışlamaq mümkün deyil. Ermənistanın birinci və ikinci Qarabağ müharibələrini başladan və 1 milyondan çox azərbaycanlını öz torpaqlarından qovan siyasi liderləri cinayətlərinə görə cavab verməlidirlər", - İ.Korotçenko deyib.

Onun fikrincə, azad edilmiş torpaqları bərpa etmək və Azərbaycan xalqının mənəvi yaralarını sağaltmaq üçün on illər lazım olacaq.

"Bunun üçün Azərbaycanın siyasi iradəsi var. Əminəm ki, bir müddət sonra azad edilmiş torpaqlar yenidən Azərbaycanın incisinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevərdir və bərpa işləri aparacaq. Bu, ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə ucaldılmış ən yaxşı abidə olacaq", - o deyib.


Etiketlər:  Ermənilər Ağdamda Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar Korotçenko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ