Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 11:30
Ağdamda 62 yaşlı qadını ilan sancıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə rayonun Mirəşelli kəndində baş verib.
Kənd sakini Rəhimova Qönçə Qaçay qızı həyətdə alaq otu təmizləyərkən ilan onun sol əlinin bilək nahiyəsindən sancıb. Q.Rəhimova Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağırdır.