Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 11:50
Türkiyəli akrtisa, teleaparıcı və model Ebru Şallı həyat yoldaşı Uğur Akkuşla birlikdə növbədənkənar peyvənd olunmalarıyla bağlı ittihamlara cavab verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Şallı bir neçə gün öncə koronavirusa qarşı peyvənd vurdurmasını əks etdirən videonu sosial şəbəkələrdə paylaşıb.
İstifadəçilər məşhuru növbəsi çatmadan qeyri-qanuni yollarla vaksinasiyadan keçdiyinə görə ittiham ediblər. O isə hazırda həyat yoldaşıyla birlikdə ABŞ-ın Los-Anceles şəhərindəki evlərində yaşadığını və burada "Johnson and Johnson" preparatı ilə peyvənd olunduğunu bildirib.