Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızımı çox sıxıram, amma, nə edim?'' - Məleykənin evindən FOTOlar

''Qızımı çox sıxıram, amma, nə edim?'' - Məleykənin evindən FOTOlar

Tarix: 3 May 2021 17:50

Xalq artisti Məleykə Əsədova "Evdəkilərə salam" proqramını evində qonaq edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa qızı Gülər və bacısı ilə kamera qarşısına keçib.

Övladından danışan M.Əsədova "Gülərdə daha çox atasına uyğun xarakter var. Məndən isə mərtlik, istəyinə nail olmaq xüsusiyyətini götürüb. Mən çılğınam, Gülər isə sakitdir. Övladımı çox sıxıram. Qızım əzizdir, tərbiyəsi ondan əzizdir. İndi çarpışıram, vaxt gələcək qızım məni xoşbəxt edəcək" sözlərini deyib.

Erkən nikahdan danışan aktrisa valideynləri tənqid edib:

"15-16 yaşda qız ailə qurar? Uşaq cavanlığını, gəncliyini keçirməlidir, görməlidir. Ailə olmalıdır, amma bunu dərk etməlidir. Ata-ana 16 yaşında qızını ərə verir, bunun əksinəyəm".


Etiketlər:  Qızımı çox sıxıram amma edim Məleykənin evindən FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ